Arbeloa özünü "Bayer"ə təklif etdi: TƏYİNATA QARŞIDIRLAR
04.06.2026 - 11:26
"Real"ın baş məşqçisi Alvaro Arbeloa karyerasını Almaniyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, mütəxəssis Bundesliqaya yollanmağa yaxındır.
İspaniyalı çalışdırıcı öz xidmətlərini "Bayer"ə təklif edib.
Leverkuzen təmsilçisi bir müddətdir məşqçini izləyir. Hazırda klub rəhbərliyi mümkün təyinatı müzakirə edir.
Lakin "əczaçılar"ın əsas söz sahibləri mütəxəssisin təyinatına qarşıdırlar. Buna səbəb Arbeloanın təcrübəsinin az olması göstərilir.
Qeyd edək ki, Alvaro iyul ayına qədər "Real"ı tərk edəcək.
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
- İspaniya de la Fuente ilə davam etmək istəyir – Müqavilə uzadılır
- Çempionlar Liqası: "Kayrat" "Omoniya"ya qarşı - YENİLƏNİR
0
0