Arda Güler zirvədə - TÜRKİYƏ TARİXİNDƏ İLK
12.12.2025 - 23:30
Bu mövsüm “Real Madrid”dəki çıxışı ilə böyük diqqət çəkən Arda Gülərin bazar dəyəri yüksəlib.
Apasport.az xəbər verir ki, türkiyəli ulduzun transfer qiyməti 45 milyon avrodan 90 milyon avroya qalxıb.
Bununla da Arda Türkiyə futbol tarixində ən yüksək bazar dəyərinə malik futbolçu adını qazanıb.
“Kral klubu”nun heyətində ən dəyərli 5 oyunçudan biri olan 20 yaşlı oyunçu, həmçinin öz mövqeyində də dünyanın ən dəyərli 5 futbolçusu sırasında yer alır.
Qeyd edək ki, Güler bu mövsüm “Real"ın heyətində çıxış etdiyi 22 rəsmi oyunda 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0