Ukrayna Premyer Liqasının 14-cü turunun “Şaxtyor” - “Krivbas”qarşılaşması (2:2) qalmaqalla yadda qalıb.
Apasport.az xəbər verir ki, donetsklilərin türkiyəli baş məşqçisi Arda Turan rəqib komandanın məşqçilər korpusu ilə mübahisə yaşayıb. Görüşün baş hakimi veteran futbolçunu sarı vərəqə ilə cəzalandırıb.
Arda əsəblərinə hakim ola bilməyərək rəqib məşqçinin üzərinə hücum çəkib.
Türkiyəli məşqçi oyundan sonra baş verənlərə belə aydınlıq gətirib: “Bəzi şeylər var ki, onlar toxunulmazdı. Ailə və yaxınlarla bağlı deyilən bütün ifadələr yersizdir. Bunu heç kəs oyun zamanı emosiyalı olsa belə, dilə gətirməməlidir. Reaksiyam çox sərt idi. Amma buna görə üzr istəməyəcəm”.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir