Arda vurdu, qapıçıya yazıldı – “Real” 5 qolluq matçda qalib gəldi - VİDEO
16.09.2026 - 08:41
Arda vurdu, qapıçıya yazıldı – “Real” 5 qolluq matçda qalib gəldi - VİDEO

“Real” İspaniya La Liqasının VI turunda səfərdə “Elçe”ni 3:2 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, Madrid təmsilçisi görüşün 25-ci dəqiqəsində hesabı açıb.

Arda Gülərin uzaq məsafədən yerinə yetirdiyi cərimə zərbəsindən sonra top dirəyə, ardından qapıçı Matias Dituroya dəyərək tora daxil olub. La Liqa qolu Dituronun avtoqolu kimi qeydə alıb. 

33-cü dəqiqədə Kilian Mbappe fərqi iki topa çatdırıb. “Elçe” ikinci hissədə Abiel Osorio və Fer Ninyonun qolları ilə hesabı bərabərləşdirib. Lakin 90+1-ci dəqiqədə Karlos Espi “Real”a qələbə qazandıran qolu vurub. 

Start heyətində meydana çıxan Arda Gülər 68-ci dəqiqədə Cud Bellinqemla əvəzlənib. 

Bu qələbə ilə Madrid klubu xalını 15-ə çatdırıb.

Qeyd edək ki, “Real” La Liqada keçirdiyi 6 oyunun 5-də qələbə qazanıb.