Argentina milli komandası İspaniya ilə keçiriləcək dünya çempionatı finalı ərəfəsində azarkeşləri heyrətləndirən maraqlı statistik təsadüflərlə gündəmə gəlib.
Apasport.az xəbər verir ki, futbolsevərlər 19, 7 və 4 rəqəmlərinin bir araya gəldiyi bir sıra məqamların çempionluq yolunda bir işarə olduğuna inanırlar.
Sözügedən təsadüflərin detalları aşağıdakı kimidir:
Lionel Messi Argentina forması ilə karyerasındakı ilk dünya çempionatı oyununda 19 nömrəli formada çıxış edib.
Argentina 2026-cı il dünya çempionatı prosesində rəqib qapılarına 19 qol vurub, öz qapısında isə 7 qol görüb.
İngiltərə ilə oyunda eyni vaxtda meydana daxil olan 7 nömrəli De Paul, 19 nömrəli Otamendi və 4 nömrəli Montiel azarkeşlərin diqqətini çəkən 19, 7 və 4 ardıcıllığını yenidən formalaşdırıb.
Argentina 7-ci ayın 19-da, 4-cü dünya çempionluğu üçün İspaniya ilə qarşılaşmağa hazırlaşır.
Argentina azarkeşləri bu ardıcıl təsadüflərin bir uğur göstəricisi olduğunu və komandanın çempionluğa daha yaxın olduğunu düşünürlər.
Qeyd edək ki, final matçı iyulun 19-da, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.