"Arsenal" "taxtdan düşdü" - Yeni lider: "Mançester Siti"
23.04.2026 - 00:54
"Arsenal" "taxtdan düşdü" - Yeni lider: "Mançester Siti"

İngiltərə Premyer Liqasında XXXIV turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma baş tutub.

"Bornmut" doğma meydanda "Lids Yunayted"i qəbul edib. Görüş 2:2-lik bərabərliklə nəticələnib.

Çempionluğa yaxından təsir edəcək digər matçda "Mançester Siti" "Bernli" səfərinə yollanıb.

Matçın taleyini 1 qol həll edib. Haaland 5-ci dəqiqədə vurduğu qolla "şəhərlilər"ə vacib 3 xal qazandırıb.

Beləliklə, Premyer Liqada aylar sonra lider dəyişib. "Arsenal" 2-ci pilləyə yuvarlanıb, "Siti" ilk pilləyə yüksəlib.

Hər iki komandanın aktivində 70 xal olsa da, ümumi göstəricilərdə Mançester təmsilçisi rəqibini qabaqlayır.