"Arsenal"da yeni qapıçı - RƏSMİ
09.07.2026 - 17:48
“Arsenal” heyətini yeni qapıçı ilə gücləndirib.
Apasport.az xəbər verir ki, London klubu “Lids”dən ayrılan İllan Melyeni transfer edib.
26 yaşlı fransalı qolkiper “topçular”a azad agent kimi keçib. Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Melye “Lids”də 7 mövsüm keçirib. O, İngiltərə klubunun heyətində bütün turnirlərdə 215 oyuna çıxıb və bunların 70-də qapısını toxunulmaz saxlayıb.
Fransalı qapıçı “Loryan”ın yetirməsidir. O, bu klubun əsas komandasında Liqa 2-də bir mövsüm forma geyinib.
0
0