“Brügge”nin futbolçusu Kristos Tzolis karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Arsenal” yunanıstanlı vingerin transferində maraqlıdır.
Bu barədə “The Athletic” məlumat yayıb. London klubu 24 yaşlı futbolçu üçün yaxın vaxtlarda hərəkətə keçməyi planlaşdırır. “Arsenal”ın Tzolisin keçidi üçün 40 milyon avro ödəməyə hazır olduğu bildirilir.
Qeyd edək ki, “Brügge” Kristos Tzolisi 2024-cü ilin yayında Düsseldorf “Fortuna”sından 6,5 milyon avroya transfer edib. Yunanıstan millisinin üzvü 2025/26 mövsümündə Belçika təmsilçisinin heyətində 52 rəsmi matçda meydana çıxıb, 22 qol və 29 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA