“Arsenal”dan 87 milyonluq transfer
08.08.2026 - 16:18
“Arsenal”dan 87 milyonluq transfer

Braziliya millisinin yarımmüdafiəçisi Bruno Gimaraeş “Nyukasl”dan “Arsenal”a keçib.

Apasport.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

Tərəflərin 28 yaşlı futbolçunun keçidi üçün 75 milyon funt sterlinq (87,75 milyon avro) məbləğində razılığa gəldiyi bildirilir. Gimaraeş “Arsenal”la 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.

Braziliyalı yarımmüdafiəçi 2025/2026 mövsümündə İngiltərə çempionatında 29 oyuna çıxıb, 9 qol vurub və 5 məhsuldar ötürmə edib. O, UEFA Çempionlar Liqasında isə 7 matçda iştirak edib.

Qeyd edək ki, “Nyukasl” bu yay Entoni Qordon və Sandro Tonalini də satıb. Qordon 80 milyon avroya “Barselona”ya, Tonali isə 108 milyon avroya “Tottenhem”ə keçib.