"Arsenal"dan kritik 3 xal, "Yunayted" bu dəfə məğlub oldu: PL-də gecənin nəticələri
05.03.2026 - 02:35
"Arsenal"dan kritik 3 xal, "Yunayted" bu dəfə məğlub oldu: PL-də gecənin nəticələri

Futbol üzrə İngiltərə Premyer Liqasında XXIX turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, bu gün daha 5 qarşılaşma baş tutub.

Lider "Arsenal" "Brayton" səfərindən vacib 3 xalla qayıdıb: 1:0.

"Çelsi" "Aston Villa"nı "topa tutub" - 4:1.

"Mançester Siti" çempionluq yolunda kritik xal itkisi yaşayıb. "Şəhərlilər" doğma meydanda "Nottingem Forest"lə bacarmayıb: 2:2.

"Vest Hem" "Fulhem"i minimal hesabla məğlub edib : 1:0.

Günün son matçında "Mançester Yunayted" "St. Ceyms Park"da "Nyukasl"ın qonağı olub. "Qırmızı şeytanlar"ın 7 oyunluq məğlubiyyətsizlik seriyası nəhayət bitib. 10 nəfərlə qalan rəqibinə 1:2 hesabı ilə məğlub olan "Yunayted" meydanı xalsız tərk edib.