“Aston Villa”nın futbolçusu Premyer Liqada klubunu dəyişəcək
26.02.2026 - 23:58
“Aston Villa”nın üzvü Amadu Onana Premyer Liqada klubunu dəyişə bilər.
Apasport.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi “Mançester Yunayted”ə keçə bilər.
Bu barədə "The Sun" nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, “qırmızı şeytanlar” Belçika millisinin üzvünü yay transfer pəncərəsində heyətinə qatmağa çalışacaq. Futbolçunun özü də bu keçidə müsbət yanaşır.
Qeyd edək ki, Onana karyerası ərzində “Hamburq”, “Lill” və “Everton” komandalarında çıxış edib.
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
- “Real” Haaland transferində “Barselona”nı qabaqlayır
0
0