"Atletiko Madrid"in futbolçusu "Osasuna"ya keçib
25.12.2025 - 17:17
“Atletiko Madrid” sol cinah müdafiəçisi Xavi Qalanın transferini elan edib.
Apasport.az xəbər verir ki, 31 yaşlı futbolçu karyerasını “Osasuna”da davam etdirəcək.
İspaniya mətbuatının məlumatına görə, “Osasuna” bu transfer üçün Madrid təmsilçisinə 500 min avro ödəyəcək.
Xavi Qalan “Atletiko Madrid”in heyətində 56 rəsmi oyuna çıxıb və bu qarşılaşmalarda 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, La Liqada 18 turdan sonra “Atletiko Madrid” 3-cü, “Osasuna” isə 12-ci pillədə qərarlaşıb.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0