Avropa çempionu Nəriman Axundzadənin komanda yoldaşı oldu - RƏSMİ
20.02.2026 - 12:06
Nəriman Axundzadənin yeni komandası olan "Kolumbus Kryu" heyətini gücləndirib.
Apasport.az xəbər verir ki, MLS təmsilçisi Portuqaliya millisinin sabiq üzvü Andre Qomeşlə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı futbolçu ilə 2027-ci ilin iyununa qədər nəzərdə tutulan müqavilə imzalanıb. Sözləşmədə müddətin daha bir il uzadıla biləcəyi ilə bağlı bənd də yer alıb.
Qeyd edək ki, Qomeş karyerası ərzində "Benfika”, "Valensiya”, “Barselona”, "Everton” və “Lill” klublarında çıxış edib. O, Portuqaliya millisinin heyətində 2016-cı ildə Avropa çempionu olub.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
0
0