Avstriya millisinin heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, yığmanın yarımmüdafiəçisi Kristof Baumqartner zədə səbəbindən dünya çempionatında çıxış edə bilməyəcək.
26 yaşlı futbolçu Tunis seçməsi ilə yoldaşlıq oyunundan (1:0) öncə isinmə hərəkətləri zamanı sağ bud nahiyəsindən zədələnib.
MRT müayinəsindən sonra onun dünya çempionatında iştirakının qeyri-mümkün olduğu müəyyənləşib.
Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Avstriya millisi J qrupunda İordaniya, Argentina və Əlcəzair yığmaları ilə qarşılaşacaq.
- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO