“Barsa”nın yeni 10 nömrəsi müəyyənləşib - VİDEO
16.07.2025 - 22:08

Ansu Fatinin "Monako"ya keçidindən sonra "Barselona"da 10 nömrəli formanın yeni sahibinin adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, Kataloniya təmsilçisinin yeni 10 nömrəsi Lamin Yamal olacaq.
Bundan əvvəl 19 nömrəli formanı geyinən ispaniyalı futbolçu, Fatinin gedişindən sonra onun nömrəsini daşıyacaq.
Qeyd edək ki, 18 yaşlı vinger 2023-cü ildən “Barselona”nın əsas komandasında çıxış edir.
0
0