“Barselona” “İnter”in hücumçusu Lautaro Martineslə maraqlanır.
Apasport.az xəbər verir ki, Kataloniya təmsilçisinin idman direktoru Deku argentinalı futbolçunun agenti Alexandro Kamanoya ilə görüşüb.
İspaniya mətbuatının iddiasına görə, tərəflər 28 yaşlı hücumçunun gələcəyini müzakirə ediblər. “Barselona” əsas hədəfi olan “Atletiko”nun forvardı Xulian Alvaresin transferi baş tutmayacağı təqdirdə Martinesi alternativ variant kimi nəzərdən keçirir.
Qeyd edək ki, Lautaro Martines 2018/19 mövsümündən “İnter”in formasını geyinir. Argentinalı hücumçu ötən mövsüm A Seriyasında 30 oyunda 17 qol vurub.