"Barselona" sürprizə imkan vermədi: Növbəti 3 xal
23.04.2026 - 01:47
"Barselona" sürprizə imkan vermədi: Növbəti 3 xal

İspaniya La Liqasında XXXIII turun oyunları davam edir. 

Apasport.az xəbər verir ki, lider "Barselona" çempionluq yolunda növbəti 3 xalını qazanıb. 

Doğma meydanda "Selta Viqo"nu qəbul edən kataloniyalılar matçdan 2:0-lıq qələbə ilə ayrılıb. Görüşdə yeganə qolu Lamin Yamal vurub. 

Xallarının sayını 82-yə yüksəldən "Barsa" turnir cədvəlinin vahid lideridir. 
Ən yaxın izləyicisi "Real Madrid" 73 xalla 2-ci pillədə qərarlaşıb.