“Barselona” yox olsun” – “Real”da prezidentliyə namizəddən sərt açıqlama
03.06.2026 - 14:19
“Barselona” yox olsun”  – “Real”da prezidentliyə namizəddən sərt açıqlama

“Real Madrid”də prezident seçkiləri öncəsi gərginlik daha da artıb.

Apasport.az xəbər verir ki, Madrid klubunun prezidentliyinə namizədi Enrike Rikelme “Barselona” ilə bağlı sərt açıqlama verib.

O, Kataloniya təmsilçisinə münasibətini gizlətməyib:

“Barselona”nın yox olmasını istəyirəm. Onların ikinci diviziona düşməsini görmək məni çox sevindirər”.

Rikelme fikrini hakimlərin katalonlara dəstəyi ilə əsaslandırıb. O, “Barselona”nın hakimlərlə bağlı qalmaqallarda üstünlük əldə etdiyini iddia edib və bu məsələdə klubun ciddi cəzalandırılmalı olduğunu bildirib.

37 yaşlı biznesmen hazırkı prezident Florentino Peresə rəqibdir. “Real Madrid”də prezident seçkilərinin iyunun 7-də keçiriləcəyi bildirilir. Seçki klubda son 20 ilin ilk rəqabətli prezident yarışı kimi diqqət çəkir.