Rusiyalı futbolçu Aleksey Batrakov “Qalatasaray”a keçib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi 21 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayıb.
Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytında yer alan məlumata görə, Batrakovun “Qalatasaray”la sözləşməsi 2031-ci il iyunun 30-dək qüvvədə olacaq.
Batrakov “Qalatasaray”da ilinə 3 milyon 250 min avro qazanacaq. “Lokomotiv” isə futbolçunun növbəti satışından əldə ediləcək gəlirin 15 faizinə sahib olacaq.
Batrakov ötən mövsüm “Lokomotiv” (Moskva) formasında Rusiya Premyer Liqası və Kubokunda 36 matça çıxıb, 17 qol vurub. O, bu mövsüm Moskva klubunda 5 rəsmi oyunda meydana çıxıb və 1 dəfə fərqlənib.