Batşuayinin yeni klubu bəlli oldu
17.08.2026 - 21:57
Batşuayinin yeni klubu bəlli oldu

Türkiyənin “Beşiktaş”, “Fənərbaxça” və “Qalatasaray” klublarında çıxış etmiş Mişi Batşuayinin yeni komandası bəlli olub.

Apasport.az xəbər verir ki, 32 yaşlı belçikalı hücumçu Səudiyyə Ərəbistanının “Abha” klubuna keçib.

Bu barədə yarımada təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

32 yaşlı forvard yeni komandasına azad agent kimi qoşulub.

Qeyd edək ki, Batşuayi ötən mövsüm “Ayntraxt”ın heyətində 10 oyunda 1 qol vurub.