“Bavariya” Bundesliqada yeni rekorda imza atıb
15.12.2025 - 10:32
“Bavariya” Bundesliqada yeni rekorda imza atıb

“Bavariya” Almaniya Bundesliqasında tarixi göstəriciyə nail olub.

Almaniya çempionatının 14-cü turunda “Maynts”la keçirilən qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Vinsent Kompaninin komandası Lennart Karlın qolu və Harri Keynin penaltidən vurduğu dəqiq zərbə sayəsində hesabı bərabərləşdirib.

Apasport.az xəbər verir ki, bu qollar Münhen klubunun 2025/26 mövsümündə Bundesliqada vurduğu 50-ci və 51-ci qollar olub.

Bundesliqa tarixində heç bir komanda 14 turdan sonra bu qədər yüksək qol məhsuldarlığına çatmayıb.

Qeyd edək ki, "Bavariya" 38 xalla turnir cədvəlinə başçılıq edir.