"Bavariya"dan İngiltərə klubuna - RƏSMİ
05.06.2026 - 13:28
"Bavariya" qapıçı Daniel Peretzlə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, futbolçu "Sauthempton"a transfer olunub.
Son mövsümü məhz İngiltərə klubunda keçirən qolkiperin müqaviləsində yer alan bənddən istifadə edilib.
Bunu Çempionşip təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Peretzin keçidi 8 milyon avroya başa gəlib. Tərəflər 4 illik müqaviləyə imza atıblar.
Qeyd edək ki, qolkiper bu mövsüm bütün matçlarda meydanda olub. O, 8 görüşdə qapısını toxunulmaz saxlayıb.
- İbrahim Piriyev əməliyyat olunub
- İngiltərə millisində virus təhlükəsi - Rays heyətdən çıxarıldı
- Buaddi: “Mərakeşi seçdiyimə görə zərrə qədər peşman deyiləm”
- “Qalatasaray” fransalı futbolçu ilə razılaşdı - 27 milyon avroluq paket
- "Fənərbaxça" rəsmisi “Qalatasaray” nümayəndəsinin əlini sıxmadı - VİDEO
0
0