Belçika millisinin üzvü “Milan”dan ayrılıb
23.12.2025 - 22:58
Futbol üzrə İtaliya A Seriyası təmsilçisi “Milan”da ayrılıq baş verib.
Apasport.az xəbər verir ki, Divok Origi komandadan ayrılıb.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, ötən mövsümün əvvəlindən “Milan”ın U23 komandasında çıxış edən forvard klubla sözləşməsinə qarşılıqlı razılıq əsasında xitam verib.
Qeyd edək ki, Belçika millisinin sabiq üzvü karyerası boyunca “Lill”, “Liverpul” və “Volfsburq” kimi klubların şərəfini qoruyub.
0
0