Belçikada Qarsiya dönəmi rəsmən başa çatdı
21.07.2026 - 00:24
Belçika millisinin baş məşqçisi Rudi Qarsiya postunu tərk edib.
Apasport.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, fransalı mütəxəssislə müqaviləyə xitam verilib.
Xatırladaq ki, o, 2025-ci il fevralın 1-də Belçika millisinin baş məşqçisi vəzifəsinə təyin olunmuşdu.
Qeyd edək ki, “qırmızı şeytanlar” Qarsiyanın rəhbərliyi altında DÇ-2026-da 1/4 final mərhələsinə qədər irəliləyib. Belçika bu raundda gələcək dünya çempionu İspaniyaya 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
0
0