Belçikalı vinger PSJ-yə doğru
01.08.2026 - 11:40
Belçikalı vinger PSJ-yə doğru

Fransanın PSJ klubu "Ayaks"ın futbolçusu Mika Qodtsu transfer etmək istəyir.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin iddiasına görə, Paris təmsilçisi 21 yaşlı belçikalı vingerin transferi ilə bağlı "Ayaks"la rəsmi danışıqlara başlayıb.

Bildirilir ki, futbolçu da PSJ-yə keçməyə müsbət yanaşır.

Qeyd edək ki, Mika Qodts 2023-cü ildən "Ayaks"ın əsas komandasında çıxış edir.

O, ötən mövsüm bütün turnirlərdə 47 oyunda meydana çıxaraq 10 qol vurub və 12 məhsuldar ötürmə verib.