Bellinqem matçın ən yaxşısı seçildi - İngiltərəni yarımfinala daşıdı
12.07.2026 - 03:59
Bellinqem matçın ən yaxşısı seçildi - İngiltərəni yarımfinala daşıdı

Futbol üzrə dünya çempionatında Norveç və İngiltərə yığmaları arasında keçirilən 1/4 final matçının ən yaxşı oyunçusu müəyyənləşib.

Apasport.az xəbər verir ki, İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem görüşün ən yaxşı futbolçusu seçilib.

22 yaşlı oyunçu komandasının 2:1 hesablı qələbə qazandığı qarşılaşmada dubla imza ataraq İngiltərənin yarımfinala yüksəlməsində həlledici rol oynayıb.

Qeyd edək ki, İngiltərə yarımfinalda Argentina - İsveçrə cütünün qalibi ilə qarşılaşacaq.