Portuqaliyanın "Benfika" klubu hücum xəttini Con Duranın transferi ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Kolumbiya millisinin üzvü Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubundan satınalma şərti ilə mövsümün sonuna qədər icarəyə götürülüb.
22 yaşlı hücumçu ötən mövsümün ilk yarısını icarə əsasında “Fənərbaxça”da keçirib. O, qış fasiləsində “Zenit”ə keçib. Duranın müqavilə hüquqları isə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna məxsusdur.
Qeyd edək ki, 22 yaşlı hücumçu 2025-ci ilin qışında İngiltərənin "Aston Villa" klubundan "Əl-Nəsr"ə keçmişdi. Duran karyerası ərzində "Enviqado", "Çikaqo Fayr", "Aston Villa" və "Əl-Nəsr"in də formasını geyinib. O, Kolumbiya millisində keçirdiyi 22 oyunda 6 qol vurub.
- Superliqada yeni qaydalar – VAR-ın səlahiyyəti genişləndirildi
- Lemina ilə razılıq əldə olundu – "Qalatasaray" müqaviləni uzadır
- Kyellinidən Ronaldo etirafı – "Mənim üçün bütün zamanların ən yaxşısıdır"
- "Yuventus"un yeni səfər forması – Çəhrayı rəng geri döndü - FOTO
- 41 yaşında yeni müqavilə – Modriç “Milan”da qalır