Braziliya A Seriyası təmsilçisi “San-Paulu”nun futbolçusu Ferreyirinyanın gələcəyi ilə bağlı transfer iddiaları gündəmə gəlib.
Apasport.az xəbər verir ki, 28 yaşlı cinah oyunçusu ilə “Beşiktaş” yaxından maraqlanır.
Bu barədə yerli mətbuat məlumat yayıb.
“San-Paulu” rəhbərliyi futbolçunun mümkün transferinə müsbət yanaşır və gələcək təkliflərə ciddi maneə yaratmaq niyyətində deyil.
Tərəflər arasında razılıq əldə olunacağı halda, transferin yay transfer pəncərəsində reallaşması gözlənilir.
Qeyd edək ki, Ferreyirinya bu mövsüm 12 rəsmi oyunda meydana çıxsa da, qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
- “Real” Haaland transferində “Barselona”nı qabaqlayır