“Beşiktaş” müdafiəçisi ilə yollarını ayırdı
19.07.2026 - 19:46
“Beşiktaş” müdafiəçisi ilə yollarını ayırdı

Türkiyənin “Beşiktaş” klubu futbolçusu Tayyip Talha Sanuçu transfer edib.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi karyerasını Superliqa klubu “Rizəspor”da davam etdirəcək.

“Beşiktaş”ın yaydığı rəsmi açıqlamada tərəflər arasında transferlə bağlı razılığın əldə olunduğu bildirilib.

Qeyd edək ki, 26 yaşlı mərkəz müdafiəçisi “Rizəspor”la 2 illik müqavilə imzalayıb. Tayyip Talha Sanuç 2022-ci ildən “Beşiktaş”ın formasını geyinirdi. O, ötən mövsüm bütün turnirlərdə 21 oyunda iştirak edib.