“Beşiktaş” Leandro Trossarın transferi ilə bağlı “Arsenal”la razılıq əldə edib.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, İstanbul klubu belçikalı vingerin keçidi üçün London təmsilçisi ilə 18 milyon avrodan daha aşağı məbləğ qarşılığında razılaşıb.
Lakin transferin rəsmiləşməsi futbolçunun maliyyə tələblərinə görə gecikir. Bildirilir ki, 30 yaşlı Trossar imza pulu və 5 illik müqavilə tələb edir.
"Beşiktaş" rəhbərliyi isə bu şərtləri yüksək hesab etdiyindən danışıqlar müsbət yekunlaşmır.
Qeyd edək ki, Trossar 2023-cü ilin yanvarından “Arsenal”da çıxış edir.
O, ötən mövsüm bütün turnirlərdə 56 oyunda 10 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA