“Beşiktaş”da ayrılıq – JOAO MARİO KOMANDANI TƏRK ETDİ
02.09.2026 - 17:29
“Beşiktaş”da ayrılıq – JOAO MARİO KOMANDANI TƏRK ETDİ

Türkiyənin “Beşiktaş” klubu Joao Mario ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Bunu İstanbul təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Qeyd edək ki, Mario 2024-cü ildən “Beşiktaş”ın formasını geyinirdi.