“Beşiktaş”ın müdafiəçi zədələndi - 1 ay oynamayacaq
23.02.2026 - 19:25
“Beşiktaş”ın müdafiəçi zədələndi - 1 ay oynamayacaq

“Beşiktaş”ın heyətində ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Emirhan Topçu sıradan çıxıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı futbolçunun sağ budun arxa əzələsində (hamstring nahiyəsində) qanaxma və yırtıq aşkarlanıb. Onun 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Xatırladaq ki, Emirhan ötən gün Türkiyə Super Liqasının XXIII turunda “Göztəpə” ilə keçirilən matçda (4:0) zədələnərək meydanı tərk etmişdi.