“Beşiktaş”ın yeni transfer hədəfi
30.03.2026 - 12:50
"Beşiktaş" Breel Embolonun transferinə hazırlaşır.
Apasport.az xəbər verir ki, "qara qartallar" 29 yaşlı forvardla müqavilə imzalamaq niyyətindədir.
Bu barədə yerli mətbuat məlumat yayıb.
Hazırda müqavilə ilə "Renn"ə məxsus olan isveçrəli özü də Türkiyəyə yollanmaq istəyir.
29 yaşlı futbolçunun “Renn”lə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.
Qeyd edək ki, “Bazel”, “Şalke", “Borussiya”(Münhenqladbax), “Monako” komandalarının formasını geyinmiş Embolo 2025-ci ildən “Renn”də çıxış edir.
- “Real”ın sabiq kapitanı “Xetafe”yə keçdi – RƏSMİ
- “Sabah”ın rəqibi baş məşqçisi ilə müqaviləni yenilədi
- PSJ “Mançester Yunayted”in müdafiəçisini transfer etmək istəyir
- "Sabah" - "Slaviya" və "Qalatasaray" - "Barselona" matçları bu kanallarda - TV AFİŞA
- “Samsunspor” baş məşqçisi ilə yollarını ayırdı – RƏSMİ
0
0