“Borussiya”dan yeni transfer: Belçikadan Almaniyaya
03.08.2026 - 23:39
“Borussiya”dan yeni transfer: Belçikadan Almaniyaya

18 yaşlı hücumameylli yarımmüdafiəçi Konstantinos Karetsas Belçikanın “Genk” klubundan Almaniyanın “Borussiya Dortmund” komandasına transfer olunub.

Apasport.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yunanıstan millisinin üzvü yeni klubu ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan beşillik müqavilə imzalayıb.

Mətbuatda yayılan məlumatlara görə, Dortmund təmsilçisi bu keçid üçün 30 milyon avro ödəyib. Daha əvvəl İtaliyanın “Milan” klubunun da futbolçu ilə maraqlandığı bildirilirdi.

Karetsas ötən mövsüm “Genk”in heyətində Belçika çempionatında 34 oyuna çıxıb, qol vura bilməsə də, 11 məhsuldar ötürmə ilə yadda qalıb. O, UEFA Avropa Liqasının 2025/2026 mövsümündə isə 2 qol və 5 məhsuldar ötürmə müəllifi olub.