Bosniyaya qarşı ani zərbə - Larin 121 saniyəyə hesabı dəyişdi
13.06.2026 - 00:51
Kanada millisinin futbolçusu Kayl Larin 2026-cı il dünya çempionatında diqqətçəkən göstəriciyə imza atıb.
Apasport.az xəbər verir ki, 31 yaşlı hücumçu Bosniya və Herseqovina ilə oyunda meydana daxil olduqdan cəmi 121 saniyə sonra fərqlənib.
Larin 75-ci dəqiqədə oyuna qoşulub, 79-cu dəqiqədə isə komandasının bərabərlik qolunu vurub.
O, bununla da 2022-ci ilin dekabrında Mərakeşlə matçda meydana daxil olduqdan 43 saniyə sonra qol vuran Randal Kolo Muanidən sonra dünya çempionatında ehtiyatdan oyuna qoşulub ən qısa müddətdə fərqlənən futbolçu olub.
- Hakan Safidən seçki sonrası mesaj: 10 min səs toplamışıq
- Mourinyonun yerinə Marko Silva - “Benfika”da yeni baş məşqçi
- Ançelottidən təzyiq açıqlaması - “Aslanı pişik balası kimi görərsən”
- “Arsenal”dan yunan futbolçu üçün həmlə - Tələb 40 milyon avro
- Klopp DÇ oyununu bəyənmədi - “Yardım matçına oxşayırdı ”
0
0