Brahim Diaz “Real”dan ayrılacaq?
19.05.2026 - 21:55
“Real Madrid”in yarımmüdafiəçisi Brahim Dias karyerasını yenidən İtaliyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Yuventus” mərakeşli futbolçu ilə yaxından maraqlanır.
Bu barədə “Tuttosport” nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, Turin təmsilçisi 26 yaşlı futbolçunu yay transfer pəncərəsi üçün əsas hədəflərindən biri kimi nəzərdən keçirir.
Qeyd edək ki, Brahim Diasın “kral klubu” ilə müqaviləsinin müddəti 2027-ci ilə qədər qüvvədədir. Mərakeş millisinin üzvü bu mövsüm komandasının heyətində keçirdiyi 41 rəsmi matçda 1 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
- DÇ-2026: Portuqaliya millisinin HEYƏTİ BƏLLİ OLDU
- DÇ-2026: Şotlandiya millisinin heyəti bəlli oldu: Robertson və dostları sürpriz axtarışında
- DÇ-2026: Heyətdə tanış adlar: Bakambu, Banza, Masuaku
- DÇ-2026: Avstriya millisinin heyəti bəlli oldu
- Qvardiola gedir, keçmiş köməkçisi gəlir: “Siti”də yeni dövr
0
0