Braziliya klubunda yeni təyinat
07.04.2026 - 11:28
Braziliya klubunda yeni təyinat

"Korintians"ın yeni baş məşqçisi bəlli olub.

Apasport.az xəbər verir ki, bu posta Fernando Dinisi təyin edilib.

Məlumatı klubun mətbuat xidməti açıqlayıb.

52 yaşlı mütəxəssislə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, "Korintians" turnir cədvəlində 16-cı pillədə qərarlaşıb.