Braziliya millisinin üzvü A Seriyasına qayıda bilər
10.04.2026 - 12:04
Braziliya millisinin üzvü A Seriyasına qayıda bilər

"Liverpul"un qapıçısı Alisson Beker İtaliya A Seriyasına qayıda bilər.

Apasport.az xəbər verir ki, "Yuventus" braziliyalı qolkiperi transfer etmək istəyir.

Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

"Qoca sinyora" Alissona 3 illik müqavilə təklif etməyi planlaşdırır. 33 yaşlı oyunçunun özü də A Seriyasına qayıtmağa müsbət yanaşır.

Qeyd edək ki, "Liverpul" Alisson Bekeri 2018-ci ilin yayında "Roma"dan 72 milyon avroya transfer edib. Braziliya millisinin üzvü bu mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 36 qol vuraxıb. O, 13 qarşılaşmada qapısını toxunulmaz saxlamağa bacarıb.