“Milan” “Arsenal”da çıxış edən hücumçu Qabriel Jesusu transfer etməyi planlaşdırır.
Apasport.az “Corriere dello Sport” nəşrinə istinadən xəbər verir ki, “rossonyerilər” 28 yaşlı braziliyalı futbolçunu qış transfer pəncərəsində icarə əsasında heyətinə qatmaq niyyətindədir.
Maliyyə məhdudiyyətləri səbəbindən Milan təmsilçisi futbolçunun tam transferini hazırda gündəmdə saxlamır.
Mənbənin məlumatına görə, klub Qabriel Jesusun Londonda qazandığı illik 16 milyon avroya yaxın məvacibi ödəmək imkanında deyil.
Qeyd edək ki, Qabriel Jesusun “Arsenal”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA