Türkiyə millisinin kapitanı Hakan Çalhanoğlunun həyat yoldaşı Sinem Çalhanoğlu sosial şəbəkədə diqqətçəkən paylaşım edib.
Apasport.az xəbər verir ki, o, dünya çempionatında uğursuz nəticələrdən sonra tənqid olunan milli komandanı və həyat yoldaşını müdafiə edib.
Sinem Çalhanoğlu paylaşımında bildirib ki, bu gün hədəf göstərilən komanda və kapitan məhz Türkiyəni dünya çempionatına aparan insanlardır:
"Bu gün tənqid etdiyiniz komanda da, hədəf göstərdiyiniz kapitan da sizi Dünya Kubokuna gətirən insanlardır. Dünən alqışladığınızı bu gün günahlandırmaq futbolu deyil, nəticəni sevdiyinizi göstərir. Qazananda sahib çıxıb, uduzanda günahkar axtarmaq asandır."
Qeyd edək ki, Türkiyə millisi DÇ-2026-nın D qrupunda keçirdiyi ilk iki oyunda Avstraliyaya 0:2, Paraqvaya isə 0:1 hesabı ilə məğlub olub.
İki turdan sonra xalsız qalan komanda qrupda sonuncu pillədə qərarlaşıb və pley-off mərhələsinə yüksəlmək şansını itirib.