“Çelsi” dünya çempionunu heyətinə qatıb
30.08.2026 - 13:58
“Çelsi” dünya çempionunu heyətinə qatıb

“Çelsi” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda “Aston Villa”nın qapıçısı Emiliano Martinezi transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, argentinalı qolkiper London təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.

“Zadəganlar” 33 yaşlı qapıçının keçidi üçün “Aston Villa”ya 7,5 milyon funt sterlinq ödəyib.

Qeyd edək ki, Martinez 2020-ci ilin sentyabrından “Aston Villa”da çıxış edirdi. O, bu müddətdə bütün turnirlərdə 256 oyuna çıxıb və 80 matçda qapısını toxunulmaz saxlayıb.

Emiliano 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Argentina millisinin heyətində mundialın qalibi olub.