“Çelsi” “Atalanta”nın müdafiəçisi Marko Palestranı transfer etməyə yaxındır.
Apasport.az xəbər verir ki, London klubu 21 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalayacaq.
İtaliyalı sağ cinah müdafiəçisinin “Çelsi”də ilk mövsümdə həftəlik maaşı 100 min funt-sterlinq olacaq. London təmsilçisi növbəti mövsümün yekununda Çempionlar Liqasına vəsiqə qazanacağı halda, Palestranın həftəlik qazancı 140 min funt-sterlinqə yüksələcək.
Qeyd edək ki, Marko Palestra “Atalanta”nın yetirməsidir. O, 2025/26 mövsümünü icarə əsasında “Kalyari”də keçirib. Mətbuatda “Çelsi”nin bu transfer üçün “Atalanta”ya 50 milyon avro və bonuslar ödəyəcəyi bildirilir.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA