“Çelsi” qapıçısını Liqa 1-ə göndərdi - RƏSMİ
11.08.2026 - 12:38
“Çelsi” qapıçısını Liqa 1-ə göndərdi - RƏSMİ

“Çelsi” qapıçısı Filip Yorgenseni Fransanın “Strazburq” klubuna göndərib.

Apasport.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Danimarkalı qolkiper mövsümün sonuna qədər Liqa 1 klubunda icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, Yorgensen 2024-cü ildən “Çelsi”nin formasını geyinir. O, ötən mövsüm London klubunun heyətində 12 matça çıxıb, 17 qol buraxıb. Qapıçı 2 görüşdə qapısını toxunulmaz saxlayıb.