Cengiz ünder rəsmən “Çorum”da
29.08.2026 - 10:35
“Fənərbaxça” ilə müqaviləsinə xitam verən Cengiz Ünderin yeni klubu bəlli olub.
Apasport.az xəbər verir ki, türkiyəli vinger karyerasını “Çorum”da davam etdirəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, “Fənərbaxça” Cengiz Ünderi 2023-cü ildə “Marsel”dən 15 milyon avro qarşılığında transfer edib.
0
0