ÇL: "Fənərbaxça" növbəti mərhələdə - YENİLƏNİB
30.07.2026 - 00:07
ÇL: "Fənərbaxça" növbəti mərhələdə - YENİLƏNİB

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulub.

Apasport.az xəbər verir ki, Türkiyə təmsilçisi "Fənərbaxça" səfərdə Polşanın "Qornik Zabrze" komandası ilə üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmada qalib müəyyənləşməyib - 1:1. İlk görüşdə minimalhesablı qələbə qazanan İstanbul təmsilçisi növbəti mərhələyə vəsiqə qazanıb. "Sarı-lacivərdlilər" "Şturm Qrats" (Avstriya) klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları avqustun 4-5-də, cavab görüşləri isə 11 avqustda keçiriləcək.

Çempionlar Liqası

II təsnifat mərhələsi (cavab oyunları) 

​​​​19:00 – "Kayrat" (Qazaxıstan) – "Omoniya" (Kipr) 1:0, Pen. 6:5

20:00 – "Jalgiris" (Litva) – "Klaksvik" (Farer adaları) 1:0

21:00 – "Lex" (Polşa) – "Orhus" (Danimarka) 1:4, Pen. 3:4

21:30 – "Hapoel" Beer-Şeva (İsrail) – "Vikinqur" (İslandiya) 2:0

21:30 – "Universitatya Krayova" (Rumıniya) – "Levski" (Bolqarıstan) 2:2

22:00 – "Srvena Zvezda" (Serbiya) – "Larn" (Şimali İrlandiya) 5:0

22:00 – "Qornik Zabrze" (Polşa) – "Fənərbaxça" (Türkiyə) 0:1

22:15 – "Slovan" (Slovakiya) – "İberiya 1999" (Gürcüstan) 1:1