DÇ-2026-da yarımfinal cütləri bəlli oldu - Nəhənglər üz-üzə
12.07.2026 - 09:17
DÇ-2026-da yarımfinal cütləri bəlli oldu - Nəhənglər üz-üzə

Futbol üzrə dünya çempionatında yarımfinal mərhələsinin bütün cütləri müəyyənləşib.

Apasport.az xəbər verir ki, 1/4 final mərhələsinin son oyununda Argentina İsveçrəni əlavə vaxtda 3:1 hesabı ilə məğlub edərək son yarımfinalçı olub.

Beləliklə, yarımfinalda İspaniya Fransa ilə, İngiltərə isə Argentina ilə üz-üzə gələcək.

Qeyd edək ki, Fransa – İspaniya görüşü iyulun 15-də, İngiltərə – Argentina qarşılaşması isə iyulun 16-da Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.