Cənubi Koreya millisinin baş məşqçisi Hon Myon Bo ölüm təhdidləri alıb.
Apasport.az xəbər verir ki, buna komandanın DÇ-2026-nın qrup mərhələsində mübarizəni dayandırması səbəb olub.
Bu barədə “Actu Foot” məlumat yayıb. Mənbənin iddiasına görə, sosial şəbəkə istifadəçilərindən biri özünü ABŞ vətəndaşı kimi təqdim edərək mütəxəssisi Cənubi Koreyaya qayıdacağı hava limanında öldürəcəyi ilə hədələyib.
Cənubi Koreya polisi artıq faktla bağlı araşdırmaya başlayıb. Hüquq-mühafizə orqanları Hon Myon Bonun olacağı bir neçə yerdə, o cümlədən hava limanında nəzarəti gücləndirib.
Təhdidi yazan şəxsin axtarışda olduğu bildirilir.
Qeyd edək ki, Cənubi Koreya millisi 2026-cı il dünya çempionatında qrup mərhələsini keçə bilməyib.
- “Napoli” Premyer Liqa klublarına "yox" dedi
- Vinisius irqçiliklə mübarizəsindən danışdı - “Qardaşımın bunu yaşamasını istəmirəm”
- Ronaldodan Mbappeyə tərif: "Mənə öz dövrümü xatırladır"
- Moriyasu Braziliyaya meydan oxudu - “Onları keçmək istəyirik”
- Estakio qələbə qolunu vurdu: Matçın ən yaxşısı seçildi