İraq millisinin hücumçusu Aymen Hüseyin ABŞ-da problemlə üzləşib.
Apasport.az xəbər verir ki, iraqlı futbolçu Çikaqodakı O'Hare hava limanında ABŞ rəsmiləri tərəfindən 7 saat sorğu-sual olunub.
Aymen Hüseyin yığma ilə birlikdə 2026-cı il dünya çempionatında iştirak etmək üçün ABŞ-a yollanıb.
Məlumata görə, onun saxlanılmasına şəxsiyyət qarışıqlığı səbəb olub. Rəsmilər futbolçunun kimliyini dəqiqləşdirəndən sonra problem aradan qalxıb və onun ölkəyə girişinə icazə verilib.
Qeyd edək ki, İraq millisi 2026-cı il dünya çempionatının I qrupunda Fransa, Norveç və Seneqalla mübarizə aparacaq.
Xatırladaq ki, Aymen Hüseyin komandası adına mundiala vəsiqə qazandıran qolu vurmuşdu.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı