DÇ: 26 - İran mundiala 1 xalla başladı
16.06.2026 - 07:03
DÇ: 26 - İran mundiala 1 xalla başladı

2026-cı il dünya çempionatının G qrupunda I turun növbəti oyunu keçirilib.

Apasport.az xəbər verir ki, İran millisi Yeni Zelandiya ilə qarşılaşıb.

Gərgin keçən görüşdə qalib müəyyənləşməyib. Tərəflər hərəyə iki dəfə fərqləniblər və matç 2:2 hesabı ilə başa çatıb.

Bu nəticədən sonra İran və Yeni Zelandiya mundiala 1 xalla başlayıblar.

G qrupunun digər oyununda Belçika Misirlə 1:1 hesablı heç-heçə edib.

DÇ-2026, G qrupu, I tur
İran – Yeni Zelandiya 2:2


Qeyd edək ki, növbəti turda İran Belçika ilə, Yeni Zelandiya isə Misirlə qarşılaşacaq.