Kevin De Brüyne “Napoli”dən ayrıla bilər.
Apasport.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi xidmətini “Yuventus”a təklif edib.
34 yaşlı futbolçu hələ 2025-ci ilin yayında, “Napoli” ilə müqavilə imzalamamışdan əvvəl də Turin klubuna keçmək istəyib. Lakin həmin vaxt transfer baş tutmayıb.
İtaliya mətbuatının iddiasına görə, “Yuventus” De Brüynenin mümkün transferi ilə bağlı hələ yekun qərar verməyib. Turin təmsilçisi təcrübəli futbolçunun keçidi üçün düşünmək məqsədilə vaxt istəyib.
Qeyd edək ki, De Brüyne 2025-ci ilin yayında “Mançester Siti”dən ayrılaraq “Napoli”yə keçib. O, neapollularla 2027-ci ilə qədər müqavilə imzalayıb. Belçikalı futbolçu ötən ilin oktyabrında bud nahiyəsindən ciddi zədə alaraq əməliyyat olunmuşdu.
- “Fənərbaxça” – “Aston Villa” matçının hakimi müəyyənləşdi
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”